Qəzaya düşən PFL prezidenti əməliyyat üçün Türkiyəyə aparıla bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
dek
2023
13:23

Qəzaya düşən PFL prezidenti əməliyyat üçün Türkiyəyə aparıla bilər

16 dek, 2023
13:23
1 013

Qəzaya düşən PFL prezidenti əməliyyat üçün Türkiyəyə aparıla bilər

Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Hadisə nəticəsində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov ciddi bədən xəsarətləri alıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, ağır xəsarətlər alan Elxan Səmədov əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparıla bilər.

Qeyd edək ki, PFL prezidentinə sağ baldırın yuxarı üçdə birinin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı diaqnozu qoyulub. Hadisə nəticəsində, ümumilikdə, altı nəfər xəsarət alıb.

Bizimlə əlaqə saxlayın