Bakıdan göndərilən 40 ton un yüklü karvan 20 gündür Ağdam-Xankəndi yolunda gözləyir
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 20-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.
sx.buludhost.com "apa"ya istinadla xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərinə çatdırılana qədər burada qalacaqlar.
Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün AzQAC-ın əməkdaşları və könüllülər cavab gözləyir.
Oxşar xəbərlər
Şarl Mişelin sözçüsündən Ağdam-Əsgəran marşrutunun açılmasına dair AÇIQLAMA
Britaniya səfirliyi Ağdam-Xankəndi yolunun açılmasını alqışlayır
Ağdam yolu ilə aparılan yük Xankəndiyə çatdı - Artıq paylanılır...
BQXK-yə Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq daşımağa şərait yaradılır
Humanitar yardım daşıyan BQXK-yə məxsus avtomobillər Xankəndi istiqamətində hərəkət edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













