Humanitar yardım daşıyan BQXK-yə məxsus avtomobillər Xankəndi istiqamətində hərəkət edir
sizinxeber.az xəbər saytı

Humanitar yardım daşıyan BQXK-yə məxsus avtomobillər Xankəndi istiqamətində hərəkət edir


Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 2 minik maşını artıq işğaldan azad edilmiş Ağdam rayon ərazisinə daxil olublar.

Trend-in Qarabağ bürosu xəbər verir ki, humanitar yardım daşıyan avtomobillər Ağdam-Xankəndi yolu vasitəsi ilə Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentin yerləşdiyi ərazidən keçid edərək Xankəndinə gedəcək.

Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.

Yüklər Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə daşınacaq. Beləliklə, BQXK bu gün həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yollarından istifadə etməklə Qarabağda yaşayan erməniəsilli sakinlərə humanitar yardım daşıyacaq.

Oxşar xəbərlər

Ağdam yolu ilə aparılan yük Xankəndiyə çatdı - Artıq paylanılır... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya səfirliyi Ağdam-Xankəndi yolunun açılmasını alqışlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Laçın və Ağdam yolunun eyni vaxtda istifadəsini irəliyə doğru mühüm addım adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN açıqladı: Azərbaycan buna hazırdır! [xfgiven_updateblue][/xfgiven_updateblue]
BQXK-yə Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq daşımağa şərait yaradılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər