Ağdam yolu ilə aparılan yük Xankəndiyə çatdı - Artıq paylanılır...
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ağdam yolu ilə apardığı humanitar yardım Xankəndiyə çatıb.
Modern.az xəbər verir ki, yükün paylanılmasına başlanılıb.
eyd edək ki, BQXK ilə əldə olunan razılığa əsasən sentyabrın 18-də səhər saatlarında Ağdam-Xankəndi yolunda komitəyə məxsus avtomobillərin keçidi təmin olunub. BQXK-nın iki minik və bir yük avtomobili Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gedib. Aparılan yükün Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, sentyabrın 12-də Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobilinin də Ağdam-Xankəndi yolu ilə keçidi təmin edilmişdi.
Oxşar xəbərlər
Humanitar yardım daşıyan BQXK-yə məxsus avtomobillər Xankəndi istiqamətində hərəkət edir
Britaniya səfirliyi Ağdam-Xankəndi yolunun açılmasını alqışlayır
Blinken Laçın və Ağdam yolunun eyni vaxtda istifadəsini irəliyə doğru mühüm addım adlandırıb
Şarl Mişelin sözçüsündən Ağdam-Əsgəran marşrutunun açılmasına dair AÇIQLAMA
BQXK-yə Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq daşımağa şərait yaradılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











