Britaniya səfirliyi Ağdam-Xankəndi yolunun açılmasını alqışlayır
sizinxeber.az xəbər saytı

Britaniya səfirliyi Ağdam-Xankəndi yolunun açılmasını alqışlayır


Ağdam-Xankəndi yolundan Qarabağdakı ermənilərə humanitar yardım aparan Rusiya Qırmızı Xaç Cəmiyyətinə məxsus yük maşınının keçidini alqışlayırıq.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld sosial media hesabında qeyd edib.

“Növbəti addım kimi, BQXK-nin Ağdam-Xankəndi və Laçın yolundan istifadə edərək Qarabağa humanitar yardımları çatdırmasını dəstəkləyirik”,- deyə səfir bildirib.

Qeyd edək ki, ötən gün Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.

Oxşar xəbərlər

Şarl Mişelin sözçüsündən Ağdam-Əsgəran marşrutunun açılmasına dair AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam yolu ilə aparılan yük Xankəndiyə çatdı - Artıq paylanılır... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Humanitar yardım daşıyan BQXK-yə məxsus avtomobillər Xankəndi istiqamətində hərəkət edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıdan göndərilən 40 ton un yüklü karvan 20 gündür Ağdam-Xankəndi yolunda gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Laçın və Ağdam yolunun eyni vaxtda istifadəsini irəliyə doğru mühüm addım adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər