Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
sizinxeber.az xəbər saytı

Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO


Artıq yaşı 60-dan yuxarı olan şəxslərin əmək müqaviləsinə xitam verilməsi qadağan oluna bilər.

Bu, İnsan hüquqları üzrə müvəkkilin 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Sənəd Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılıb.

Millət vəkili Vüqar Bayramov Baku TV-yə bildirib ki, bir çox ölkələrdə, xüsusən də Qazaxıstanda pensiya yaşına iki il qalmış şəxslərin əmək müqaviləsinə xitam verilməsi qadağandır. Azərbaycanda da bu cür təcrübənin tətbiqinin tərəfdarıdır, çünki pensiya yaşı yaxınlaşan şəxslərin iş tapması çətinləşir.

Hüquq müdafiəçisi Sahib Məmmədov isə bu təklifin həyata keçməsinin çətin olduğunu düşünür. Onun fikrincə, Rusiyada da pensiya yaşı yaxınlaşanların əmək müqaviləsinin ləğv olunmasını qadağan edən qanun qəbul edilib, amma bu mexanizm uğursuz olub:

"Bunun bir neçə səbəbi var, məsələn, müəssisənin ləğv edilməsi və ya işçinin əmək intizamını pozması, alkoqollu içkilər altında işə gəlməsi və ya davaya səbəb olması hallarında nə ediləcək? Yaxşı işçi niyə işdən çıxarılmalıdır?!".

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinə xitam verməsi qadağandır.

Oxşar xəbərlər

Deputat: Bəzi vətəndaşlar pensiya yaşına az qalmış işdən azad olunur və nəticədə iş tapmaqda çətinlik çəkir
Qadınların pensiya yaşı daha altı ay qaldırılır
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər