AZAL Naxçıvan, İstanbul və Mərkəzi Asiya ölkələrinə uçuşların sayını artırır
Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini artırır.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bakı–Naxçıvan–Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq artıq əlavə reyslər planlaşdırılıb. İyun ayında bayram günləri ilə əlaqədar uzunmüddətli istirahət dövründə bu marşrut üzrə uçuşların sayı daha da artırılacaq: bəzi günlərdə reyslərin sayı 12-yə çatacaq. Tələbatın artacağı halda əlavə reyslərin təyin olunması da mümkündür. Ümumilikdə, iyun ayı ərzində Naxçıvan istiqamətində müntəzəm və əlavə reyslər daxil olmaqla 430-dan çox uçuşun yerinə yetirilməsi nəzərdə tutulur.
Bakı–İstanbul–Bakı marşrutu üzrə əlavə reyslər 26 və 29 iyun tarixlərində yerinə yetiriləcək ki, bu da həmin günlərdə uçuşların sayını gündəlik 3-ə çatdıracaq.
Bundan əlavə, AZAL 2 iyul tarixindən etibarən Mərkəzi Asiya ölkələrinə uçuş proqramını genişləndirir. Daşkənd istiqamətinə əlavə reyslər çərşənbə axşamları, Almatıya çərşənbə günləri, Astanaya isə cümə axşamları yerinə yetiriləcək. Hər bir istiqamət üzrə həftədə 6 reys planlaşdırılıb.
AZAL sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edir. Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün www.azal.az rəsmi saytına, aviaşirkətin mobil tətbiqinə və akkreditə olunmuş agentliklərə müraciət etmək olar.
Oxşar xəbərlər
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
AZAL bayramla əlaqədar Naxçıvana reyslərin sayını artırıb
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib
AZAL Qurban bayramı ilə əlaqədar Bakıdan Naxçıvana reyslərin sayını artırıb
AZAL Təbrizə birbaşa uçuşlar açır, Tehran istiqamətində reyslərin sayını artırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











