Naqif Həmzəyev: "Bəzi istilik sistemləri ciddi enerji sərfiyyatına gətirib çıxarır"
sizinxeber.az xəbər saytı

Naqif Həmzəyev: "Bəzi istilik sistemləri ciddi enerji sərfiyyatına gətirib çıxarır"


Azərbaycanda satılan bəzi istilik sistemləri ciddi enerji sərfiyyatına gətirib çıxarır.

“Report” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında - “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Uzun illər tikinti sektorunda pərakəndəlik olub. Yeni binalarda istilik sistemləri quraşdırılmayıb. Hazırda Azərbaycanda tələblərə cavab verməyən kombi sistemləri satılır. Onlar Almaniya, İran, Çin və digər ölkələrdən gətirilir, amma standartlara cavab vermir. Nəticədə bu ciddi sərfiyyata gətirib çıxarır. İstilik avadanlıqlarına nəzarəti gücləndirilmək lazımdır. Bu məsələləri həll etməliyik. Standartlara cavab verməyən istilik avadanlıqlarının gömrükdən keçməsinə icazə verilməməlidir”, - o vurğulayıb.

Oxşar xəbərlər

Deputat: Yeni tikilən binalarda mərkəzi istilik sistemi tələb kimi qoyulmalıdır
"Azəristiliktəchizat": "1 kv.m. sahənin qızdırılması üçün 140-150 kv/saat enerji sərf edilir”
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub
"İstilik təchizatı haqqında" qanunun qəbulunun mümkün nəticələri açıqlanıb
Azərbaycanda "İstilik enerjisindən istifadə qaydaları” ləğv ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər