Deputat: Yeni tikilən binalarda mərkəzi istilik sistemi tələb kimi qoyulmalıdır
sizinxeber.az xəbər saytı

Deputat: Yeni tikilən binalarda mərkəzi istilik sistemi tələb kimi qoyulmalıdır


“Qanunda texniki standartların yenilənməsi ehtiyacı var, belə ki, köhnəlmiş infrastruktur üçün müasir tələblərin tam müəyyən edilmədiyini görürük”.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, binanın izolyasiyası ilə bağlı da qanunda sərt qaydalar, tələblər qoyulmalıdır: “Alternativ və bərpaolunan enerji ilə bağlı kifayət qədər qanun qəbul etmişik, istilik sistemlərində də bunu təşviq etməliyik. Uzun illər tikintidə pərakəndəlik oldu, yeni tikilən binalarda istilik sistemləri quraşdırılmadı. Yeni tikilən binalarda mərkəzi istilik sistemi tələb kimi qoyulmalıdır. Çünki yeni binalarda MTK-lar at oynadır, sakinlərə müstəqillik vermir, sakinlər orada kirayəçi kimi qalır. Digər problem satışda olan, tələblərə cavab verməyən çox sayda kombi sistemləri ilə bağlıdır. Onlar standartlara cavab vermir, qazda sərfiyyat çox yüksək olur. İstilik avadanlıqlarına nəzarət gücləndirilməlidir. Bu istilik avadanlıqları hansısa yollarla gömrükdən keçir, evlərə yol tapır. Standartlara cavab verməyən istilik avadanlıqlarının gömrükdən keçməsinə icazə verilməməli, nəzarət gücləndirilməlidir”.

Oxşar xəbərlər

Naqif Həmzəyev: "Bəzi istilik sistemləri ciddi enerji sərfiyyatına gətirib çıxarır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azəristiliktəchizat": "1 kv.m. sahənin qızdırılması üçün 140-150 kv/saat enerji sərf edilir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda yeni tikilən binalar üçün vahid istilik şəbəkəsi məcburi olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bəzi binalarda təbii qazla işləyən fərdi istilik sistemlərinin quraşdırılması qadağan ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər