“AzerGold” Pakistanda ölkələrarası işgüzar görüş və beynəlxalq forumda iştirak edib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistana səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.
"Report" bu barədə "AzerGold" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində səhmdar cəmiyyətinin İdarə Heyətinin üzvü – sədr müavini Xəyyam Fərzəliyev İslamabad şəhərində Pakistan Mineral İnvestisiya Forumunda iştirak edib.
Forumda Pakistanın mədənçilik sahəsində potensialı, mövcud faydalı qazıntı yataqları barədə məlumat verilib, təbii ehtiyatlardan səmərəli istifadə, müasir texnologiya və innovasiyaların tətbiqi və dağ-mədən sahəsinin dayanıqlı inkişafına dair müzakirələr aparılıb.
Ölkə hüdudlarından kənarda fəaliyyətini genişləndirərək, beynəlxalq mədənçilik şirkətinə çevrilməyi əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirən “AzerGold” mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, xarici ölkələrlə əməkdaşlığın gücləndirilməsi, ortaq layihələrin icrası istiqamətində fəal iş aparmaqdadır.
Oxşar xəbərlər
“AzerGold” Pakistanda ölkələrarası işgüzar görüş və beynəlxalq forumda iştirak edib
“AzerGold” “Frontier Works Organization” şirkəti ilə birgə əməkdaşlıq haqqında sənədlər imzalayıb
“AzerGold” və “Frontier Works Organization” əməkdaşlıq sənədləri imzalayıb
“AzerGold”da Pakistan şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
ARDNF Çində bır sıra görüşlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
