Agentlik rəsmisi: "Gələn il Ağdam Sənaye Parkında yer qalmayacaq"
Ağdam Sənaye Parkının ərazisinin 60 %-i dolub.
"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Biznes layihələrin təhlili şöbəsinin rəhbəri Aqşin İbişsoy Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.
"Bu sənaye parkına maraq böyükdür. Gələn il orada yer qalmayacaq", - deyə o qeyd edib.
Agentlik rəsmisi həmçinin deyib ki, bu günlərdə Ağdam Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayıb: "Həmin müəssisələr Parka ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırıb, ilkin mərhələdə 150-dən çox daimi iş yeri yaradıb. Növbəti mərhələdə iş yerlərinin sayının 456-ya çatdırılması nəzərdə tutulur".
Oxşar xəbərlər
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına yatırılan investisiyanın həcmi açıqlanıb
İZİA: Azərbaycanda sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiya yatırılacaq
İZİA rəsmisi: “Araz Vadisi İqtisadi Zonası”nda təməli qoyulan müəssisələr gələn il fəaliyyətə başlayacaq”
Azərbaycanda 7 ayda sənaye zonalarında 20 şirkətə rezident statusu verilib
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib
-
Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"
-
Şoltz Maskı Avropada sağçı partiyaları dəstəklədiyinə görə tənqid edib
-
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
-
“Reuters” Avropada yeni iqtisadi böhran təhlükəsi barədə xəbərdarlıq edib
-
20 Yanvar faciəsinin 35 illik naməlum qəhrəmanları - FOTO