Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır - EKSKLÜZİV
Özbəkistan və Azərbaycan ilin sonuna qədər qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə başlamaq barədə qərar verəcəklər.
Bu barədə "Report"un Səmərqəndə ezam olunmuş müxbirinə Özbəkistanın mədən və geologiya nazirinin müavini Ural Yusupov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 59-cu illik iclasında bildirib.
"Biz Özbəkistan Respublikasında geoloji kəşfiyyat işləri üzrə Azərbaycanın "AzerGold" şirkəti ilə fəal əməkdaşlığa başlamışıq. Hazırda sənədləri nəzərdən keçiririk. İnanıram ki, ilin sonuna qədər qiymətli metal yataqlarının (qızıl və gümüş) birgə kəşfiyyatı barədə qərar qəbul edəcəyik. Həmçinin tərəfdaşlarımıza vacib metalların çıxarılması layihələrini nəzərdən keçirməyi təklif etmişik.
Hazırda Qaşqadərya və Surxandərya vilayətlərində, eləcə də Qaraqalpaqstan Respublikasında və Cizzax bölgəsindəki vacib yataqlarda qiymətli metal yataqlarının (qızıl və gümüş – red.) potensialını araşdırırıq", - nazir müavini bildirib.
Oxşar xəbərlər
Azərbaycan şirkəti Özbəkistanda geoloji kəşfiyyat işlərinə başlayıb
SOCAR Qaraqalpaq investisiya blokunda geoloji kəşfiyyat işlərinə başlaya bilər
“Anglo Asian Mining” I rübdə qızıl hasilatının həcmini açıqlayıb
“Anglo Asian Mining” 2024-cü ildə qızıl hasilatının həcmini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
