42 saylı Sumqayıt Birinci Seçki Dairəsində 1 məntəqədə səslər etibarsız sayılıb
sizinxeber.az xəbər saytı

42 saylı Sumqayıt Birinci Seçki Dairəsində 1 məntəqədə səslər etibarsız sayılıb


Növbədənkənar parlament seçkiləri ilə əlaqədar42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizəd Yasəmən Mahmudovanın (Qaraqoyunlu) müraciətinə baxılıb.

APA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, namizəd müraciətində seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini istəyib: “Müraciət etmiş deputatlığa namizəd seçki dairəsi üzrə bütün seçki məntəqələrində total pozuntuların olmasını iddia edib. İddia edilən pozuntularla əlaqədar namizədin iştirakı ilə aparılmış araşdırma zamanı səsvermə günü seçkini müşahidə etmiş müşahidəçilərdən alınam izahatlarla onun iddiaları öz təsdiqini tapmayıb. Namizəd tərəfindən təyin edilmiş 8 müşahidəçi Sumqayıtın müxtəlif televiziya kanallarına müsahibə veriblər və seçkinin qanunvericiliyə uyğun aparıldığını deyiblər. Araşdırma zamanı müəyyən edilib ki, dairə üzrə 27 saylı məntəqə istisna olmaqla, iddia olunan pozuntular öz təsdiqini tapmayıb. Beləliklə ərizəçinin müraciəti qismən təmin edilməli, 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib. Qeyd edilən seçki dairəsində 27 saylı seçki məntəqəsi istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.

Oxşar xəbərlər

MSK deputatlığa namizəd Vəfa Nağıyevanın 70 saylı Neftçala Seçki Dairəsi üzrə müraciəti ilə bağlı qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK 97 saylı Tərtər-Ağdərə-Goranboy DSK-nın qərarını qüvvədə saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
78 saylı Lənkəran Kənd Seçki Dairəsində 2 məntəqədə seçkinin nəticələri etibarsız sayılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK 6 namizədin müraciəti üzrə DSK qərarlarını qüvvədə saxlayıb, 5 məntəqədə nəticələr etibarsız sayılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində 3 seçki məntəqəsində seçkinin nəticələri etibarsız sayılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər