MSK sədri: Seçkilərdə qalib namizədin müəyyənləşdirilməsi baxımından problem olmayıb
sizinxeber.az xəbər saytı

MSK sədri: Seçkilərdə qalib namizədin müəyyənləşdirilməsi baxımından problem olmayıb


Parlament seçkilərində 125 dairədən bir əlin barmağı ilə sayılacaq dairədə xoşagəlməz hal olması iddiası olub.

Sizinxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bu, özü böyük nailiyyətdir: “Sosial şəbəkədə çox az dairədə xoşagəlməz hal olması iddiası olub. Biz daxil olan görüntüləri araşdırırıq. Çalışırıq ki, kiçik də olsa seçicilərin iradəsini ortaya qoymağa mane olan hal varsa, ciddi reaksiya verək. Bu ondan xəbər verir ki, prinsipcə seçkilərdə qalib namizədin müəyyənləşdirilməsi baxımından problem olmayıb”.

Oxşar xəbərlər

Məzahir Pənahov: Seçki ilə bağlı sosial şəbəkələrdəki görüntülər araşdırılacaq
MSK sədri ATƏT/DTİHB-yə təşəkkür edib
MSK daha 20 müraciətə baxacaq
Məcburi köçkün seçki məntəqələrinin sayı məlum olub
“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda Dəyirmi Masa təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər