İlyas Umaxanov: Rusiya qonşuluğundakı dövlətlərin güclü olmasında maraqlıdır - FOTO
"Rusiya Federasiyasının marağı qonşuluğundakı dövlətlərin güclü olmasından ibarətdir".
Sizinxeber.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının üzvü İlyas Umaxanov mətbuat konfransında deyib.
O bildirib ki, hər iki dövləti uzunmüddətli dostluq əlaqələri birləşdirir:
"Hesab edirəm ki, Azərbaycanda keçirilən Parlament seçkisi ölkənin ərazi bütövlüyünün təminatından sonra keçirilən ilk seçkidir. Rusiya Federasiyanın marağı ondan ibarətdir ki, bütün qonşu ölkələr güclü olsun. Biz Azərbaycanı məhz belə görürük. Bu yaxınlarda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı müxtəlif məsələlər, eləcə də iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Onların arasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı məsələsi də var".
Rusiya Federasiya Şurasının üzvü Aleksandr Terentyev isə Azərbaycanda Milli Məclisə keçirilən növbədənkənar seçkidə yüksək iştirak faizi qeydə alındığını bildirib:
"Parlamentdə formalaşan çoxluğun ölkənin daxili və xarici siyasətini dəstəkləyənlərdən ibarət olan şəxslərdən ibarət olması çox uğurlu bir nəticədir. İnsanların seçkilərə gəlməsi o deməkdir ki, hər kəs bu siyasəti dəstəkləyir" - deyə, o fikirlərini yekunlaşdırıb.
Oxşar xəbərlər
Andrey Yatskin: Qanunverici orqanlar səviyyəsində əməkdaşlıq fəaliyyət istiqamətlərimizdən biridir
Estoniya Rusiya ilə sərhəddə gömrük nəzarətini gücləndirir
Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri başa çatıb
Prezident İlham Əliyev: Azərbaycan Rusiya ilə bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək əzmindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













