Süni intellekt ağciyər xərçəngini həkimlərdən dörd ay əvvəl aşkarlaya bilib
sizinxeber.az xəbər saytı

Süni intellekt ağciyər xərçəngini həkimlərdən dörd ay əvvəl aşkarlaya bilib


Amsterdam Universitetinin tibb mərkəzinin niderlandlı alimləri süni intellektə (AI) əsaslanan qabaqcıl alqoritm hazırlayıblar. Alqoritm diaqnozdan dörd ay əvvəl ağciyər xərçənginin əlamətlərini aşkar edə bilib.

“Report” xəbər verir ki, tədqiqat “British Journal of General Practice” (BJGP) elmi jurnalında dərc olunub.

Yeni texnologiya insanın bütün xəstəlik tarixini, o cümlədən ümumi praktikantların strukturlaşdırılmamış qeydlərini təhlil edir. Alqoritm həkimlərin qeydlərindəki gizli nümunələri və xəbərdarlıq əlamətlərini müəyyən edir. Bu, müntəzəm görüş zamanı xəstəliyin ilkin diaqnozunu qoymağa imkan verir.

Müəlliflərin fikrincə, yüni üsulla xərçəngə yoluxma hallarının 62%-ni əhəmiyyətli dərəcədə tez aşkar etmək olar. Bu, ölümü əhəmiyyətli dərəcədə azaldacaq. Belə ki, xəstələrin 80% -i gec diaqnoz səbəbindən bir il ərzində ölür.

Texnologiya artıq 525 526 xəstənin, o cümlədən 2 386 ağciyər xərçəngi halının məlumatları üzərində sınaqdan keçirilib. Tədqiqatçılar indi alqoritmi müxtəlif səhiyyə sistemləri üçün uyğunlaşdırmaq üzərində işləyirlər.

Oxşar xəbərlər

Alimlər ölümcül ağciyər xəstəliyinin səbəbini aşkarlayıblar
Alimlər: Süni qaralma dəri xərçəngi xəstəliyinə səbəb olur
Hansı insanların digərlərindən daha tez xərçəngə tutulduğu aşkarlanıb
Xərçəng xəstəliyinin erkən diaqnozunu sürətləndirməyin üsulu tapılıb
Bağırsaq xərçəngi riskini artıran xəstəliklər açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle