Bakıda körpüdən uçaraq qəza törədən taksi sürücüsü xəstəxanadan buraxılıb
Bakıda körpüdən uçaraq qəza törədən taksi sürücüsü öz istəyilə tibb müəssisəsindən buraxılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə aprelin 10-u saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü şəxs öz istəyilə tibb müəssisəsindən buraxılıb.
Məlumata görə, aparılan ətraflı instrumental müayinələr nəticəsində sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.
Pasiyent müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyilə tibb müəssisəsindən buraxılıb.
Oxşar xəbərlər
Heydər Əliyev prospektindəki qəzada iki nəfər yaralanıb
Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı polis araşdırma aparır - YENİLƏNİB
Heydər Əliyev prospektindəki yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Bakı-Quba yolundakı qəza nəticəsində xəsarət alan pakistanlılar xəstəxanadan evə buraxılıb
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













