Türkiyənin səhiyyə naziri: Türk dövlətləri yaxında səhiyyə sahəsində dünyada əsas mərkəzlərdən olacaq
Türkiyə səhiyyə sistemi baxımından inkişaf etmiş ölkə kimi Türk dövlətləri ilə işbirliyini gücləndirmək üçün çalışır.
"Sizinxeber.az"un Qazaxıstan bürosu xəbər verir ki, bu fikirləri Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V yubiley görüşü zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə bu dəstəyi verməyə həmişə hazırdır:
"Səhiyyə böhranı göstərdi ki, bu istiqamətdə ölkələrarası işbirliyi vacibdir. Türkiyə olaraq insanlara yardım əlini uzadan bir sistem qurmuşuq, bu sistemlə Türk dövlətlərinə dəstək verməyə hazırıq. Şübhəsiz, onların inkişaf etməsi bizim də inkişafımız deməkdir. Türk dövlətlərinin yaxın zamanda səhiyyə sahəsində dünyada əsas mərkəzlərdən biri olacağına ümid edirik".
Nazir Şimali Kipr Türk Respublikasının da bu kimi tədbirlərdə iştirakından məmnunluğunu ifadə edib.
Oxşar xəbərlər
Şuşada “Türktransplant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB
Cevdet Yılmaz: Şimali Kipr tezliklə Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq
Nazir müavini: Türk Dövlətləri Təşkilatı daha da güclü olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
