Mərkəz rəhbəri: Vətəndaşların 88 %-i “1542” Çağrı mərkəzinin xidmətlərindən razıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
mar
2025
16:00
0
0
1 572

Mərkəz rəhbəri: Vətəndaşların 88 %-i “1542” Çağrı mərkəzinin xidmətlərindən razıdır

06 mar, 2025
16:00
1 572

Mərkəz rəhbəri: Vətəndaşların 88 %-i “1542” Çağrı mərkəzinin xidmətlərindən razıdır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti vasitəsilə son üç ayda 7 min 500-dən çox müraciət cavablandırılıb.

"Report" xəbər verir ki, bu barədə “1542” Çağrı mərkəzinin rəhbəri Nərminə Ramazanova orada keçirilən “Açıq qapı” günündə məlumat verib.

O bildirib ki, “Onlayn çat” xidmətinə daxil olan vətəndaş müraciətləri və sorğularını fasiləsiz şəkildə bot və ya süni intellektlə deyil, məhz 10 operator əməkdaşımız cavablandırır”.

N.Ramazanova qeyd edib ki, vətəndaşların 88 %-i “1542” Çağrı mərkəzinin xidmətlərindən razıdır:

“Vətəndaşlar xidmətdən məmnunluq səviyyəsini obyektiv şəkildə ölçmək üçün Çağrı mərkəzində interaktiv səsli cavab sorğusunda iştirak edə bilir. Vətəndaşlar bununla zəngi cavablandıran operatorların fəaliyyətini 1-5 ballıq şkala ilə qiymətləndirə bilir. Aparılan sorğuların nəticələrinə əsasən ötən ilin dekabrından bu günə qədər vətəndaşların 88 %-nin xidmətlərdən məmnun qaldığını deyə bilirik.

​Onun sözlərinə görə, xidmətə daxil olan və birbaşa cavablandırılması mümkün olmayan müraciətlər xüsusi diqqətlə qeydə alınır:

"Bu cür sorğu və şikayətlər araşdırma qrupu tərəfindən detallı şəkildə araşdırılır və daha sonra vətəndaşlara cavab təqdim olunur. Eyni zamanda, müraciət edən şəxslərin araşdırma prosesindən və nəticəsindən məmnun qalıb-qalmadıqlarını öyrənmək üçün onlarla yenidən əlaqə saxlanılır və vətəndaş rəyləri sistemli şəkildə qeydiyyata alınır” .

Mərkəz rəhbəri əlavə edib ki, ötən il Çağrı mərkəzinə 372 min 114 zəng daxil olub:

"Zənglərin 90.49%-i 30 saniyə ərzində cavablandırılıb. Daxil olan müraciətlərin 107 653-ü müayinə və müalicə, 93 252-si göndərişlər, 17 165-i dərman vasitələri və tibbi sərflə təminat, 8351-i müharibə iştirakçıları ilə bağlı olub. 45 nəfər əməkdaşdan ibarət Çağrı mərkəzi xidməti əməliyyat, araşdırma və dəstək qrupundan ibarətdir".

Qeyd edək ki, "Açıq qapı" günlərinin keçirilməsində məqsəd media və vətəndaş cəmiyyəti nümayəndələrini Çağrı mərkəzinin fəaliyyəti ilə əyani tanış etmək və təqdim olunan yeni xidmətlər barədə məlumatlandırmaqdır. 

Bizimlə əlaqə saxlayın