AEM özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib
Son zamanlar dələduzların sui-istifadə halları, qanunsuz qaydada yoxlama reydləri haqqında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) məlumatlar daxil olub.
Bu barədə "Report"a AEM-dən məlumat verilib.
"Ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkar subyektlərinin nəzərinə çatdırılır ki, səhiyyə ilə bağlı xidməti yoxlamaların keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir", - məluamtda qeyd olunub.
Mərkəzdən bildirilib ki, belə olan halda keçirilməli olan xidməti yoxlamaların qanuniliyini müəyyən etmək üçün sahibkarlıq subyektlərinin aidiyyəti şəxsi Ədliyyə Nazirliyinin yoxlama.gov.az saytının vahid məlumat reyestrində vergi ödəyəyicisinin eyniləşdirmə nömrəsini daxil etməli və “Çıxarış” sənədində qeyd edilən rəsmi məlumatlara diqqət yetirilməlidir.
“Çıxarış” sənədinə əsasən xidməti yoxlamalara dair məlumatlarda yoxlayıcıların təqdim etdiyi sənədlərlə uyğunsuzluq aşkar olunarsa, sahibkar subyekt(lər)i hüquq mühafizə orqanlarına məlumat bildirməsi məqsədəmüvafiq hesab olunur.
Oxşar xəbərlər
Səhiyyə Nazirliyi qanunsuz yoxlama və dezinfeksiya işləri aparan şəxslərə xəbərdarlıq edib
Bakıda fəaliyyətinin dayandırıldığı deyilən estetik klinika açıqdır: Pasiyentləri qəbul edir
Əməliyyat otağında qaydaları pozan cərrah mama-ginekoloq və tibb işçiləri cərimələnib
Natəvan Əmirovanın plastik cərrah kimi ixtisasının olmadığı müəyyən edilib, çalışdığı klinika ilə bağlı protokol tərtib olunub
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti uzadılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













