Onkoloji xəstəliklərin erkən aşkarlanması üçün skrininq proqramlarının yenilənməsi təklif edilir
sizinxeber.az xəbər saytı

Onkoloji xəstəliklərin erkən aşkarlanması üçün skrininq proqramlarının yenilənməsi təklif edilir


Onkoloji xəstəliklərin erkən aşkarlanması üçün skrininq proqramlarının yenilənməsi təklif edilir.

“Sizinxeber.az” xəbər verir ki, bu təkliflə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə çıxış edib.

Nazirlik rəsmisi qeyd edib ki, bu, qarşıda quran məsələlər siyahısına daxil edilib.

Ş.İsmayılova həmçinin bildirib ki, dövlət proqramları çərçivəsində pulsuz verilən dərman vasitələri əsasən poliklinika, ailə sağlamlıq mərkəzləri və digər tibb müəssisələrində paylanılır:

"Kəndlərdə yaşayan əhali üçün isə bu sahədə çətinliklər var. Düşünürük ki, bu dərmanlar mobil apteklər vasitəsilə həftənin konkret günlərində bütün qaydalara riayət etməklə əhaliyə çatdırıla bilər”.

Oxşar xəbərlər

İlkin səhiyyə yardımları çərçivəsində skrininq proqramları tətbiq olunacaq
Pulsuz dərman vasitələri ilə bağlı yeni qayda tətbiq olunacaq
Azərbaycanda ailə həkimi sahəsində problemlər açıqlanıb
Azərbaycanda teletibb xidmətləri tətbiq olunacaq
Milli Məclisdə səhiyyə sahəsi ilə bağlı iki dinləmə keçiriləcək - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle