TƏBİB sədri: Yaralılar müayinələri tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar
Yaralıların müayinələri davam edir. Müayinələr tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar.
"Report" "Baku TV"yə istinadən xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaralıların müayinə və müalicəsi yüksək səviyyədə təmin olunur: "Məqsədimiz onların tez sağalıb, evə qayıtmalarıdır. Bundan əvvəl gətirilmiş 7 nəfər isə artıq plataya köçürülüb. Onların vəziyyətləri stabildir".
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Aktauda təyyarə qəzasında həlak olmuş dörd nəfərin nəşi Bakıya gətiriləcək
Təyyarə qəzasında həlak olan Məhəmmədəli futbolçu imiş
Təyyarə qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib
Küveyt əmiri Azərbaycana başsağlığı verib
Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













