Çində az tanınan göbələk virusu ilk dəfə insan qanına düşüb
Çinin Fudan Universitetinin alimləri ilk dəfə olaraq az tanınan “Sporopachydermia lactativora” göbələyinin yaratdığı sistem infeksiyası hadisəsini qeydə alıblar.
"Report"un məlumatına görə, bu barədə “PCR.News” portalı xəbər yayıb.
Sistemli göbələk infeksiyaları nadirdir və adətən xəstəxanaya yerləşdirilən immun çatışmazlığı olan xəstələrə təsir göstərir. Çox vaxt infeksiyalara “Saccharomyces”, “Candida” və “Pityrosporum” siniflərinin maya göbələkləri səbəb olur.
Yeni araşdırmada həkimlər “Sporopachydermia lactativora”nın səbəb olduğu sistemli infeksiya hadisəsi barədə məlumat verdilər. Əvvəllər onlar Arktika dəniz suyundan, camış nəcisindən və membran filtrlərindən təcrid olunmuşdular. Ancaq xəstəxanalarda onlar olduqca nadirdir. Əvvəllər bu göbələklə yalnız bir yoluxma halı məlum idi.
Ağır bədxassəli qan xəstəliyi olan 37 yaşlı qadında sistemli infeksiya aşkarlanıb. Kimyəvi terapiya seansından bir neçə gün sonra onun hərarəti yüksəlib. Qanda “Sporopachydermia lactativora” göbələyi aşkar edilib. O, üç günlük müalicədən sonra infeksiyadan sağalıb.
Müəyyən edilmiş göbələk bədənin müxtəlif toxumalarını yoluxdura bilər və virulentlik baxımından təhlükəli “Candida auris” göbələyi ilə müqayisə edilə bilər. Ola bilsin, qadını yoluxduran göbələk insanların fürsətçi patogeninə çevrilsin, yəni immun sistemi zəiflədikdə infeksiyalara səbəb olsun. Buna görə də xəstəxana şəraitində buna etinasız yanaşmaq olmaz.
Oxşar xəbərlər
Çində az tanınan göbələk ilk dəfə insan qanına düşüb
Afaq Əliyeva: Hazırda ölkədə qızılcaya yoluxma halları azalıb
Çində növbəti öldürücü virus: Gənə ilə ötürülərək beyinə təsir edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
