COP29-a qatılan əcnəbilərdən yayıla biləcək virus əleyhinə peyvəndlər gətirilib
COP29-da iştirakla bağlı xaricdən gələn qonaqlardan yayıla biləcək virus səbəbindən Azərbaycana qrip əleyhinə peyvəndlər gətirilib.
"Report" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.
Nazir müavini bildirib ki, COP29 tədbirləri zamanı qonaqlarda xəstəlik aşkarlanarsa, onlar profilaktik tədbir məqsədi ilə yoxlanışa alınacaq:
"Həmçinin xaricdən gələn qonaqlardan yayıla biləcək virus səbəbindən qrip əleyhinə peyvəndlər gətirilib. Məqsəd xidmət göstərəcək vətəndaşlarımızı həm qonaqlardan yoluxa biləcək xəstəliklərdən, həm də mövsumi qriplərdən qorumaqdır. Əsas diqqət edəcəyimiz xəstəliklər meymunçiçəyi və COVİD virusudur. Görülən tədbirlər çərçivəsində bu viruslara yoluxma hallarını xüsusi diqqətdə saxlayacayıq".
N.Zeynalov əlavə edib ki, COP29 çərçivəsində səhiyyə və qeyri-səhiyyə olaraq ümumi 9 xəstəxana ayrılıb.
Oxşar xəbərlər
COP29-a gələn qonaqlardan koronavirus testi götürülməyəcək
COP29-da iştirak edəcək qurumların əməkdaşları üçün peyvəndlər və diaqnostik testlər gətirilib
Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiyaya çağırıb
Nazir müavini: COP29 çərçivəsində helikopter vasitəsilə tibbi yardım göstərilməsi mümkündür
Azərbaycana qrip əleyhinə peyvənd gətirilib, vaksinasiyaya başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













