Ombudsman Aparatı: Narkoloji Mərkəzin sahəsi kiçikdir, həkim sayı azdır
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Narkoloji Mərkəzinə başçəkmələr həyata keçirilib.
Bu barədə "Sizinxeber.az"a Ombudsman Aparatından məlumat verilib.
Məlumata əsasən, 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında həm stasionar, həm də ambulator müalicənin aparıldığı, müəssisəyə əvvəlki başçəkmələr zamanı mövcud olan bəzi nöqsanların aradan qaldırıldığı, vakant olan yerlərə yeni işçilərin təyin edildiyi və bir neçə ay öncə təmir işlərinin aparıldığı müəyyən edilib.
Xəstəxanada yaşayış şəraitinin, sənədləşmə işinin təkmilləşdirilməsi və bu sahəyə nəzarətin gücləndirilməsi, pasiyentlərin daha çox açıq hava gəzintilərinə çıxarılması istiqamətində tövsiyələr verilib.
Eyni zamanda, yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən Bakı şəhəri Narkoloji Mərkəzində yalnız ambulator müalicə tədbirlərinin görüldüyü müəyyən olunub, həkim sayının az olduğu mərkəzin sahəsinin də kiçik olduğu müşahidə edilib.
Hər iki müəssisənin yeni, daha geniş binalara köçürülməsinin nəzərdə tutulduğu bildirilsə də, bu məsələnin sürətləndirilməsinin vacibliyi də vurğulanıb.
Başçəkmələrin yekununda müəssisələrin rəhbərliyi və əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri və “916” Çağrı Mərkəzi ilə bağlı məlumat lövhələri təqdim edilib.
O da qeyd olunub ki, başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Səhiyyə Nazirliyinə müraciət olunacaq.
Oxşar xəbərlər
Ombudsman aparatının əməkdaşları reabilitasiya mərkəzlərində ciddi nöqsanlar aşkar ediblər
MPQ üzvləri 3 saylı uşaq evinə başçəkib
Ombudsman Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində nöqsanlar aşkarlanıb
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
