Bu il Qobustan Rayon Mərkəzi Xəstəxanasında yeni mərkəzlər yaradılacaq
Cari ildə Qobustan Rayon Mərkəzi Xəstəxanasında Regional travmatoloji, oftalmoloji və LOR mərkəzlərinin yaradılması planlaşdırılır
"Sizinxeber.az" xəbər verir ki, bunu Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova xəstəxanada təşkil olunmuş mediatur zamanı deyib.
Onun sözlərinə görə, 2025-ci ildə əməliyyatların sayının artırılması, Regional travmatoloji, oftalmoloji və LOR mərkəzlərinin yaradılması, fizioterapiya şöbəsinin stasionar xidmət formatına keçirilməsini xəstəxananın əsas məqsədlərdən biridir.
"Cari ilin ilk beş ayında Qobustan Rayon Mərkəzi Xəstəxanasında 155 əməliyyat, 12 doğum, 22 min 900 radioloji xidmətlər, 65 min 800 laborator xidmətlər icra olunub",- G.Muradova əlavə edib.
Xəstəxana direktoru vurğulayıb ki, 2023-cü il ərzində xəstəxanaya 75 min 600 ambulator, 790 stasionar və 10 min 200, 2024-cü il və 2025-ci ilin ilk 5 ayında ambulator xidmət üzrə 136 min 400, stasionar xidmət üzrə isə 12 min 600, təcili tibbi yardım üzrə 16 min 400 müraciət qeydə alınıb.
Oxşar xəbərlər
Gələn il Qəbələ Rayon Mərkəzi Xəstəxanasında yeni şöbələr açılacaq
Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Şamaxı və Qobustan xəstəxanalarının mənimsəmədə təqsirləndirilən sabiq direktoruna hökm oxunub
TƏBİB: Bu ilin I rübündə 20 milyondan çox tibbi xidmət göstərilib
Bu ilin ilk altı ayında Qəbələ RMX-da çalışan həkimlərin həvəsləndirici əlavəsi 3600 manatı keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
