Elnur Hidayətoğlu: Həyata keçirilən tədbirlərin məqsədi səhiyyə sisteminə ictimai etimadın gücləndirilməsidir
sizinxeber.az xəbər saytı

Elnur Hidayətoğlu: Həyata keçirilən tədbirlərin məqsədi səhiyyə sisteminə ictimai etimadın gücləndirilməsidir


Həyata keçirilən bütün tədbirlərin əsas məqsədi, TƏBİB-in fəaliyyətində ana xətt vətəndaş məmnuniyyətinin təmin olunması və səhiyyə sisteminə ictimai etimadın daha da gücləndirilməsidir.

"Sizinxeber.az" xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildə göstərməkdədir:

"İlk növbədə, əhalinin sağlamlığının qorunması və keyfiyyətli, əlçatan tibbi xidmətlərin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Bu kontekstdə xüsusilə vurğulamaq lazımdır ki, icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfi genişləndirilib və nəticə etibarilə vətəndaşlara göstərilən xidmətlərin həcmində əhəmiyyətli artım qeydə alınıb".

Oxşar xəbərlər

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq
Şöbə müdiri: Ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta qarşılayacaq
Səhiyyə idarəetməsində yeni mərhələ: tibbi xidmətlərin əlçatanlığı üçün institusional islahatlar - ŞƏRH
Yeni təyinat TƏBİB-də vətəndaş məmnunluğunun artırılmasına yönəlib - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər