Yeni təyinat TƏBİB-də vətəndaş məmnunluğunun artırılmasına yönəlib - RƏY
Son vaxtlar bütün sahələrdə olduğu kimi səhiyyədə də Prezidentin rəhbərliyi ilə mühüm islahatlar həyata keçirilir. Ən önəmli addımlardan biri icbari tibbi sığorta sisteminin tətbiqidir. Bütün bunların davamı olaraq, TƏBİB-ə yeni icraçı direktorun təyin edilməsi də vətəndaş məmnunluğunun artırılmasına yönəlib.
Bu fikirləri "Report"a açıqlaması zamanı Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, artıq səhiyyədə təkmilləşdirmə və struktur islahatları aparılır:
"İcbari tibbi sığorta sisteminin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tərkibində fəaliyyətə başladığının və qurumun bu istiqamətdə addımlar atdığının şahidi olduq. Bu, dünyanın bir çox ölkələrində tətbiq edilən uğurlu, önəmli modeldir. Bütün islahatların əsas məqsədi və hədəfi prosesə töhfə verməkdir".
Deputat hesab edir ki, qarşıda duran bir sıra mühüm vəzifələr var:
"Bunlardan biri də sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi, daha çox xidmətin bu sahəyə daxil edilməsidir. İllər öncəyə baxanda Azərbaycanda səhiyyə sisteminin xeyli inkişaf etdiyinə, irəlilədiyinə şahidik. Prosesin daha da sürətləndirilməsinə, bu istiqamətdə ardıcıl və sistemli addımların atılmasına hələ də ehtiyac var".
C. Məmmədov deyib ki, dövlətlə yanaşı, özəl sektorda səhiyyənin inkişafına töhfə verməlidir:
"TƏBİB-ə yeni təyinatla qurumun müasir, dayanıqlı və səmərəli təşkilat kimi inkişafına zəmin yaradılır. İslahatlar Birliyin səhiyyə sisteminin çağırışlarına operativ uyğunlaşma qabiliyyətini artacaq.
Ümumilikdə, Azərbaycanın dünya səhiyyə sistemində özünə uğurlu yer tutması və yüksək nəticələr əldə etməsi reallaşacaq. Buna görə, aparılan islahatlar insanların rifahının yaxşılaşmasına, cəmiyyətin sağlamlığının qorunmasına hesablanıb".
Oxşar xəbərlər
TƏBİB-ə yeni icraçı direktor təyinatı səhiyyədə islahatların yeni mərhələsinə keçiddir - RƏY
Ziya Əliyev: "Azərbaycanda icbari sığorta üzrə penetrasiya səviyyəsını 100 %-ə çatdırmaq mümkündür"
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
