Hikmət Hacıyev: Dünyanın heç bir yerində Azərbaycanın unikal bərpa-quruculuq təcrübəsi yoxdur
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev: Dünyanın heç bir yerində Azərbaycanın unikal bərpa-quruculuq təcrübəsi yoxdur


Diplomatik korpusun, beynəlxalq ictimaiyyətin fikri ondan ibarətdir ki, Azərbaycanın çox unikal bir bərpa-quruculuq modeli var və dünyanın heç bir bölgəsində belə təcrübə yoxdur.

"Sizinxeber.az"un Xankəndiyə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.

O xatırladıb ki, Azərbaycan bu işləri öz daxili imkanları hesabına edir.

Prezidentin köməkçisi bildirib ki, bu, diplomatik korpus nümayəndələrinin azad olunan ərazilərə 21-ci səfəridir:

"Torpaqlar azad edildiyi andan Prezident İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq belə səfərlər həyata keçirilir. Məqsəd diplomatların işğaldan azad olunan ərazilərdə vəziyyətlə yerində tanış olmalarıdır. İlk dövrlər diplomatlar işğal zamanı ermənilərin əraziləri viran etdiyini görürdülərsə, sonradan onlar bu torpaqladın transformasiyasını, bərpa işlərinin gedişatı ilə tanış olurlar. Ona görə də səfərdə iştirak edən diplomatların təəssüratları yüksəkdir".

Oxşar xəbərlər

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı növbəti paylaşım edib
Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Xocalıya səfər ediblər
Prezidentin köməkçisi: Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər