Syerra-Leonedən olan səyyah: Gələcəkdə dostlarımla Qarabağa mütləq qayıdacağam
Müharibə və otuz illik işğal nəticəsində dağıdılmış regionun sürətli inkişafı çox güclü təəssürat yaradır.
Bu barədə “Sizinxeber.az”a “NomadMania” klubunun beynəlxalq səyyahlar qrupunun səfəri çərçivəsində azad edilmiş ərazilərə gələn Syerra-leoneli səyyah Alisay Kamara bildirib.
"Mənim vətənim Qərbi Afrikada yerləşən Syerra-Leonedir. Azərbaycan səfər etdiyim sayca yüzüncü ölkədir. Bizi bütün bu gözəlliyi görmək üçün buraya dəvət etdiklərinə görə şadam", - o qeyd edib.
Səyyah Füzulinin dirçəlişinin şahidi olduğunu söyləyib, çünki yeni məhəllələr və məktəbin yaxınlığında işğal illərində şəhərin məruz qaldığı dağıntılar hələ də qalmaqdadır. "Bizə bildiriblər ki, siz Füzulidə bərpa işlərinə 2021-2022-ci illərdə başlamısınız. Buna görə də bərpa işlərinin bu qədər sürətli tempi çox heyranedicidir. İndiyə qədər etdiyiniz hər şey xoşuma gəlir", - o bildirib.
Digər ölkələrdə belə bir miqyasda dağıntıların şahidi olub-olmaması barədə suala cavab olaraq qonaq bildirib ki, bu həqiqətən çox faciəvidir, o, buna bənzər şeyi heç vaxt və heç bir yerdə görməyib. Səyyah gələcəkdə buraya qayıdacağına ümidvar olduğunu söyləyib.
"Düşünürəm ki, mən buraya təkcə özüm gəlməyəcəyəm, həm də bunu bir çox dostlarımla edəcəyəm ki, başqaları da bütün bu gözəlliyi və inkişafı görə bilsinlər", - A.Kamara qeyd edib.
Oxşar xəbərlər
Beynəlxalq səyyahlar Ağdama səfər ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gündən “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynalı səyyah Qarabağda aparılan bərpa işlərinin sürətinə heyran qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya şöhrətli “NomadMania” səyyah klubunun üzvləri Füzulidədirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












