Gürcüstanlı səyyah: Qarabağ Universitetində elmi dərəcə almaq istəyirəm
Qarabağa səfər edəndə Azərbaycanla fəxr etdik.
Bu barədə "Sizinxeber.az"a gürcüstanlı səyyah Ramilia Babakişiyeva məlumat verib.
Onun sözlərinə görə, erməni qoşunlarının Qarabağda törətdiyi dağıntılara baxmaq çətindir.
"Azərbaycanlılar arasında nə qədər itki olduğunu nəzərə alsaq, ilk gün azad edilmiş ərazilərə səfər mənim üçün emosional cəhətdən çətin oldu”, - o qeyd edib.
Xankəndiyə səfərindən danışan R.Babakişiyeva bildirib ki, şəhərdə bərpa işləri fəal şəkildə aparılır və Qarabağ Universiteti onda elmi dərəcə almaq istəyi yaradıb: “Magistraturanı bitirəndən sonra mütləq burada daha bir elmi dərəcə almaq istəyirəm. Bu universitet mənim çox xoşuma gəldi”.
Səyyah vurğulayıb ki, yenidən belə bir imkan yaranarsa, azad edilmiş ərazilərə məmnuniyyətlə gələcək.
Oxşar xəbərlər
Gürcüstanlı səyyahların Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb
Gürcüstanlı səyyah: Qarabağa gəlmək çoxdankı arzum idi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
