Frensis Kandiya: Kəlbəcər inkişaf tempi və təbii gözəlliyi ilə heyranlıq doğurur
Kəlbəcər sürətli inkişafı və təbii gözəlliyi ilə heyranlıq doğurur.
Bu barədə “Sizinxeber.az”un Kəlbəcərə ezam olunmuş əməkdaşına filippinli səyyah Frensis Kandiya danışıb.
"Kəlbəcərdə baş verən dəyişikliklər əvvəlki vəziyyətlə müqayisədə həqiqətən heyranlıq doğurur. Regionun indiki hala çevrilməsi sadəcə heyrətləndiricidir", - o bildirib.
Səyyah, həmçinin regionun gələcəyi ilə bağlı gözləntilərini də bölüşüb: "Hər şey artıq tamamlananda dörd və ya beş ildən sonra Kəlbəcərin necə olacağı mənə çox maraqlıdır. Şəhər insanlarla dolduğu zaman bu, tamamilə yeni bir təəssürat olacaq".
F.Kandiya vurğulayıb ki, bu onun Azərbaycana ilk səfəridir və burada gördüklərini məşhur Avropa mənzərələri ilə müqayisə edib: "Arxa plandakı dağlar - sanki mən İsveçrə və ya Avstriyadayam. Bu, İsveçrə Alplarındakı kimi bir hissdir. Bura mütləq qayıdacağam".
Oxşar xəbərlər
Consa Mey Riçards: Azərbaycan azad edilmiş ərazilərin bərpası üzrə nəhəng işlər görüb
Syerra-Leonedən olan səyyah: Gələcəkdə dostlarımla Qarabağa mütləq qayıdacağam
Yelizaveta Makey: Qarabağ dünyanın hər yerindən gələn səyahətçiləri heyran edir
İngiltərəli səyyah: Qarabağın bərpasında nail olunmuş irəliləyişə heyranam
Amerikalı səyyah: Biz regionun tarixi haqqında çox şey öyrəndik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












