Benjamin Lambert: Azərbaycanda təcrübəm unudulmaz oldu » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2025
14:30
0
0
1 421

Benjamin Lambert: Azərbaycanda təcrübəm unudulmaz oldu

08 in, 2025
14:30
1 421

Benjamin Lambert: Azərbaycanda təcrübəm unudulmaz oldu

Azərbaycan təcrübəmdə mühüm mərhələ idi və onunla bağlı yaxşı xatirələrim var.

"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, bunu 15 ildən artıqdır ki, Zaqatalanın "Simurq" klubunda çıxış edən Benjamin Lambert deyib.

O, Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Müstəqillik Günü münasibətilə artıq ikinci dəfə keçirilən “Suqovuşan” adlı simvolik minifutbol turnirindən əvvəl deyib: "Mən cəmi bir il yarım Azərbaycanda "Simurq Zaqatala"da çıxış etdim. Lakin bu müddət ərzində ölkə və onun tarixi haqqında çox şey öyrəndim. İndi mənim 20 illik peşəkar futbol karyeram arxada qalıb. Və bu tədbirdə iştirak etdiyim üçün çox şadam".

Lambertin sözlərinə görə, klubda çıxış etdiyi dövrdə Azərbaycan hələ beynəlxalq arenada o qədər də məşhur deyildi. "İndi hamı Bakını tanıyır, hamı sizin ölkənizi tanıyır və ölkə inkişaf edir, daha da böyük beynəlxalq uğurlara doğru gedir", - Lambert hesab edir.

O, Azərbaycan Premyer Liqasında cəmi 5-6 komandanın fərqləndiyini, hazırda “Qarabağ”ın Avropa Liqasının daimi iştirakçısı olduğunu qeyd edib.

Sabiq “Simurq”çu komandasının tez-tez Bakıdakı oyunlara getdiyini, bunun üçün avtobusla 6 saat yol qət etdiyini vurğulayıb. "Bu, kifayət qədər yorucu bir səyahət idi, amma insanların qonaqpərvərliyi, hər yerdə bizi qarşılayan xoş təbəssümlər yaddaqalan oldu. Müxtəlif ölkələrdən çoxlu futbolçularla oynadım. İlk görüşdə görünürdü ki, hamı öz adət-ənənələrinə sadiq qalacaq, amma sonra hər kəs çox asanlıqla və mehribancasına anlaşdı", - o, xatirələrini bölüşüb.

Lambert əlavə edib ki, çoxlu müsəlmanların yaşadığı Belçikada böyüməsi onun Azərbaycana asanlıqla uyğunlaşmasına kömək edib.

"Hesab edirəm ki, futbolda təkbaşına inkişaf etmək mümkün deyil. Ona görə də bugünkü turnir təkcə əyləncə deyil, həm də təcrübə mübadiləsi və futbolda birgə yüksəlişi müzakirə etmək imkanıdır", - o, yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın