Nazir: Rusiya-Ukrayna müharibəsi Azərbaycanla iqtisadi münasibətlərə mənfi təsir göstərib
Üç ildən çox davam edən Rusiya-Ukrayna müharibəsi Azərbaycan-Ukrayna iqtisadi münasibətlərinə mənfi təsir göstərib.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
“2025-ci ilin fevral ayında iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib və bunun mütəmadi davam etdirilməsi önəmlidir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda BMT, GUAM, ATƏT kimi təşkilatlar xüsusi yer tutur. Təəssüf ki, üç ildən çox davam edən Rusiya-Ukrayna müharibəsi iqtisadi münasibətlərimizə mənfi təsir göstərib”, - o qeyd edib.
C.Bayramov vurğulayıb ki, nəticədə 2021-ci ildə 1 milyard dollar olan ticarət dövriyyəsi 2022-ci ildə 600 milyon, 2023-cü ildə 350 milyon, 2024-cü ildə 30 faiz artımla 460 milyon dollar olub.
Oxşar xəbərlər
Rəsmi Bakı Rusiya-Ukrayna münaqişəsinin siyasi dialoq yolu ilə həllinin tərəfdarıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov Ukrayna XİN başçısını qarşılayıb
Ceyhun Bayramov ukraynalı həmkarını Ermənistanla davam edən sülh danışıqları barədə məlumatlandırıb
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












