Tokayev Qazaxıstan neftinin Avropaya ixracının artırılmasına dəstəyinə görə İlham Əliyevə təşəkkür edib
sizinxeber.az xəbər saytı

Tokayev Qazaxıstan neftinin Avropaya ixracının artırılmasına dəstəyinə görə İlham Əliyevə təşəkkür edib


Türk Dövlətləri Təşkilatının (TDT) potensialından neft, qaz, uran və dünya bazarlarında tələb olunan digər malların təchizat zəncirlərinin diversifikasiyası üçün istifadə edilməlidir.

“Sizinxeber.az”un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 21-də Budapeştdə Türkdilli Dövlətlər Təşkilatının qeyri-rəsmi sammitində çıxışı zamanı bildirib.

"Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə Qazaxıstanın Avropaya neft ixracının artırılmasına yönəlmiş səylərinə dəstəyinə görə minnətdarlığını ifadə edib", - “Akorda”nın mətbuat xidmətinin məlumatında deyilir.

Bundan əlavə, Qazaxıstan lideri son vaxtlar beynəlxalq ekspertlərin Transxəzər neft və qaz kəmərinin tikintisi təşəbbüsünü müzakirə etdiklərini qeyd edib. Onun sözlərinə görə, belə irimiqyaslı layihələr transmilli səviyyədə koordinasiyalı fəaliyyət tələb edir.

K.Tokayev TDT çərçivəsində perspektivli istiqamətlər arasında rəqəmsallaşma və informasiya texnologiyalarını vurğulayıb.

Qazaxıstan lideri, Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə başlanıldığını bildirib ki, bu da regionda rəqəmsal əlaqəni əhəmiyyətli dərəcədə gücləndirəcək.

Həmçinin, onun fikrincə, tez-tez baş verən təbii fəlakətlərə birgə cavab verilməsi xüsusi diqqət tələb edir. K.Tokayev nümunə olaraq Xəzər dənizinin səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalmasını göstərib ki, bu da ekologiyaya, iqtisadiyyata ciddi mənfi təsir göstərir.

"Bu baxımdan o, türk ölkələrini birgə tədqiqatlar aparmağa və ümumi ekoloji həllər hazırlamağa çağırıb", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Qazaxıstan enerji çatışmazlığını azaltmaq üçün Aİ-yə neft ixracını artırmağa hazırdır
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib
Tokayev: “Qazaxıstan, Azərbaycan və Özbəkistan "yaşıl enerji” sahəsində irimiqyaslı layihə üzərində işləyir”
Tokayev: İƏT ilə TDT arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar var
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər