

BMT rəsmisi: Bakıdakı sammitin əsas məqsədi korrupsiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsidir
Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"un altıncı plenar iclasının əsas məqsədi korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsidir.
"Sizinxeber.az" xəbər verir ki, bunu plenar sessiyasının açılış mərasimində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Bricit Ştrobel-Şou bildirib.
BMT rəsmisi Azərbaycan tərəfinə belə müzakirələrin keçirilməsi üçün məkan təmin etdiyinə görə təşəkkürünü bildirib:
"Korrupsiya sərhəd tanımır və yurisdiksiyaları keçir, hüquqi boşluqlardan istifadə edir. Bu səbəbdən bu şəbəkənin (“GlobE Network”) gücü, bundan əlavə, ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq bizim əsas üstünlüyümüzdür", - o bildirib.
B.Şounun sözlərinə görə, sessiya iştirakçılarını növbəti bir neçə gündə zəngin və məqsədyönlü proqram gözləyir: "Hər bir element sizə öz ölkənizdə istifadə edə biləcəyiniz konkret alətlər, yeni ideyalar və praktiki strategiyalar təqdim etmək üçün hazırlanıb”.
Oxşar xəbərlər
Bricit Strobel-Şou: Korrupsiyaya qarşı mübarizə üçün hər şeyi etməliyik
Prezident İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarına müraciət edib
Vladanka Andreyeva: Korrupsiya dayanıqlı inkişafa təhdid yaradır
Bakıda "GlobE Network"un altıncı plenar iclası keçirilir
Prezident: Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman prioritet kimi qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Coratda güclü yanğın baş verib
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
-
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
