Azərbaycan Prezidenti Türkiyəni PKK-nın özünü ləğv etməsi münasibətilə təbrik edib
"Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm".
APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin "X" sosial hesabındakı paylaşımında deyilir.
"Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram", - Prezident İlham Əliyev vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti türkiyəli həmkarını təbrik edib
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Ərdoğan Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













