Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib


Prezident İlham Əliyev Roma Papası XIV Leo Həzrətlərinə təbrik məktubu göndərib.

"Sizinxeber.az" xəbər verir ki, məktubda deyilir:

"Zati-müqəddəsləri.

Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk.

Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib
Prezident İlham Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycan Prezidenti Roma Papasına məktub göndərib
İlham Əliyev: Azərbaycanda dini-mənəvi müxtəlifliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
Prezident: Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq bundan sonra da davam edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle