Ekspert: “Qazaxıstan və Azərbaycan arasında 1 milyard dollarlıq illik ticarət tamamilə əlçatandır”
sizinxeber.az xəbər saytı

Ekspert: “Qazaxıstan və Azərbaycan arasında 1 milyard dollarlıq illik ticarət tamamilə əlçatandır”


Qazaxıstan və Azərbaycan arasında 1 milyard ABŞ dolları ticarət dövriyyəsi - tamamilə əlçatan rəqəmdir.

Bunu “Report”a açıqlamasında qazaxıstanlı politoloq Talqat Kaliyev bildirib.

Qazaxıstan tərəfinin məlumatına görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 533 milyon ABŞ dolları təşkil edib.

O qeyd edib ki, yaxın illərdə hər iki ölkə qarşılıqlı ticarətdə nəinki bu göstəriciyə çata bilər, hətta onu keçə bilər: “Bunun üçün son illərdə gücünü artıran Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) hərəkətverici qüvvə olacaq. O, artıq bir çox ölkələr üçün zəruri layihəyə çevrilib və hazırkı geosiyasi vəziyyət fonunda aktualdır".

T.Kaliyevin sözlərinə görə, hazırda TBNM-in ötürücülük qabiliyyətinin genişləndirilməsi layihəsinin aktiv şəkildə inkişaf etdirilir: “Burada əsas halqalar Qazaxıstan və Azərbaycandır. Bu isə şübhəsiz onların ticarət dövriyyəsinin artımına müsbət təsir göstərəcək”.

"Birincisi, Orta Dəhliz vasitəsilə tranzitin artan göstəriciləri nəzərə alınacaq və hər iki ölkənin ticarət dövriyyəsi üzrə statistikasına daxil ediləcək. İkincisi, artıq Qazaxıstanın Kurık limanının ötürücülük qabiliyyətinin artırılması üzrə işlər aparılır, eyni zamanda ölkənin dəmir yollarının modernizasiyası həyata keçirilir. Azərbaycan isə Bakı limanı və dəmir yollarının müasirləşdirilməsi üzrə işlər aparır. Çindən Avropaya və geriyə yük daşımaları prosedurları ilə yanaşı, gömrük və vergi prosedurlarının sinxronizasiyası gedir", - politoloq qeyd edib. 

Onun sözlərinə görə, Gələcəkdə “Tengiz” yatağında genişləndirmə layihəsi başa çatdıqdan sonra Qazaxıstanın neft hasilatının artması ilə paralel olaraq ölkənin neftinin "Bakı-Tbilisi-Ceyhan" boru kəməri vasitəsilə tranziti də artacaq".

Politoloq, həmçinin xatırladıb ki, Qazaxıstan Azərbaycana 340 milyon ABŞ dollarından çox məbləğdə 130 növ qeyri-xammal mallarının tədarükünü artırmağa hazırdır: "Aktau, Kurık və Bakı dəniz limanlarımızın ötürücülük qabiliyyətinin genişləndirilməsi hər iki tərəfdən ixrac mallarının tədarükünün artırılmasını təmin edəcək. Tanker və bərələr daha tez-tez hərəkət edəcək. Bu da yeni servis şirkətlərinin, sığorta şirkətlərinin, yüklərin təhlükəsizliyinə cavabdeh olacaq mühafizə müəssisələrinin yaradılmasına təkan verəcək".

Oxşar xəbərlər

Politoloq: "Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin fəal inkişafına kömək edir"
TBNM Beynəlxalq Assosiasiyasına üzvlük haqlarının məbləğləri açıqlanıb
Qazaxıstan Prezidenti: TDT ölkələri arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə 45 milyard dolları ötüb
Qazaxıstan və Monqolustan Orta Dəhliz və “Şimal-Cənub” dəhlizinin inkişafını müzakirə edib
Putin: 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə çata bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle