İşğaldan azad edilən ərazilərin bərpasında ATƏT-lə iş birliyi formalaşdırıla bilər
Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasında ATƏT-lə iş birliyi formalaşdırıla bilər.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
O qeyd edib ki, ATƏT Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır və təhlükəsizlik olmayan yerdə əməkdaşlığı qurmaq çətindir.
"Bugünkü qarşılıqlı inamsızlıq, davam edən hərbi münaqişələr, beynəlxalq bloklanmaları nəzərə alsaq, ATƏT-in unikallığı ondan ibarətdir ki, böyük coğrafiyanı əhatə edən və bir-birinin yanaşmalarını bölüşməyən ölkələri eyni çətir altında birləşdirir. Diplomatiyanın işi çərçivə və platformanın yaradılması, onun qorunub-saxlanmasından ibarətdir. Heç bir münaqişə sonsuz deyil. Bunun qarşısını almaq üçün isə platformalar olmalıdır. Həmin platformalar həm də açıq qalan məsələlərin həllinə töhfə verir”, - o əlavə edib.
Oxşar xəbərlər
Sinirlioğlu: ATƏT təhlükəsizliyi hərbi yolla deyil, qarşılıqlı diplomatiya ilə təmin etməyə çalışır
Ceyhun Bayramov ATƏT-in yeni baş katibi ilə telefonla danışıb
Feridun Sinirlioğlu: Sülh və təhlükəsiz gələcəyi təmin etmək istiqamətində ATƏT rol oynaya bilər
Ceyhun Bayramov ATƏT-in yeni təyin olunmuş baş katibi ilə telefonla danışıb
Ceyhun Bayramov: Azərbaycan ATƏT-in minatəmizləmə sahəsindəki təcrübəsindən faydalanmağı planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
