Səfir: Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2025
10:50

Səfir: Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir

23 apr, 2025
10:50
454

Səfir: Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir

"Orta dəhliz" üzrə yükdaşımalar davam etdirilir. Eyni zamanda, Xəzər dənizinin dibi ilə internet rabitəsi kabelinin çəkilişi üzrə işlər də plan üzrə gedir. Bu prosesin növbəti il başa çatdırılması nəzərdə tutulur".

Sizinxeber.az-nın məlumatına görə, bunu Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclasında Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

Diplomat yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafına verdiyi töhfələrdən də söz açıb.

Alim Bayel deyib ki, ölkəsinin istehsal etdiyi yaşıl enerjinin Azərbaycan üzərindən Avropaya ixracına başlanması üzrə işlər davam etdirilir:

"Bu prosesin növbəti il başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda, yaşıl enerjinin Azərbaycan üzərindən Avropaya ixracına başlanması üzrə işlər davam etdirilir. Qarşılıqlı ticarət və turizmin inkişafı üzrə göstəricilər də ildən-ilə artır. İl ərzində Qazaxıstan Azərbaycana 80 faiz həcmində dənli bitkilər ixrac edib. Biz Bakıda Qazaxıstanda fəaliyyət göstərən universitetlərin təqdimatını təşkil etmişik. Biz bu ilin yayında Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv Ölkələrin Ticarət Təşkilatına üzv olacağını gözləyirik. Ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin də dediyi kimi ötən il Aktauda baş verən qəzadan sonra bizim dostluğumuz daha da möhkəmləndi".

Bizimlə əlaqə saxlayın