Kamran Əliyev BMT Baş katibinin köməkçisi ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Baş prokuror Kamran Əliyev aprelin 11-də BMT-nin qanunun aliliyi və təhlükəsizlik məsələləri üzrə Baş katibinin köməkçisi Aleksandr Zuyev ilə görüş keçirib.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorkuqdan bildirilib.
Baş prokuror qonağı salamlayaraq, Azərbaycanla BMT arasında formalaşmış səmərəli tərəfdaşlığı yüksək qiymətləndirib.
Kamran Əliyev 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Bakıda təşkil olunmuş COP29 Konfransının böyük uğurla keçirilməsini və onun mühüm nəticələrini vurğulayıb.
Aleksandr Zuyev COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunmuş hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə roluna həsr olunmuş yüksək səviyyəli plenar iclasın uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə həmçinin 2025-ci ildə Braziliyanın Belem şəhərində keçiriləcək COP30 Konfransı ilə bağlı hazırlıq prosesi müzakirə olunmuş, “Troyka” prinsipi əsasında BƏƏ, Azərbaycan və Braziliya arasında əməkdaşlığın davam etdirilməsi və bu çərçivədə hüquq-mühafizə orqanlarının iştirakını təmin edən növbəti yüksək səviyyəli tədbirin təşkili ilə bağlı məsələlərə toxunulub.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub, o cümlədən Azərbaycanın prokurorluq əməkdaşlarının BMT-nin müxtəlif institutlarında təlim və ezam olunması imkanları da nəzərdən keçirilib.
Oxşar xəbərlər
Baş prokuror Kamran Əliyev Aleksandr Zuyevlə görüşüb
Baş Prokuror BMT-nin Baş katibinin müavini ilə görüşüb
Kamran Əliyev Braziliyanın Baş prokuror müavini ilə görüşüb
Baş Prokurorluq COP29-la bağlı Vyanada təşviqat tədbiri keçirib
Kamran Əliyev İƏT baş katibi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər


