Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB
Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.
"Sizinxeber.az" xəbər verir ki, Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik etdi.
Dövlətimizin başçısı dedi ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.
Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi.
Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etdi.
Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əl Şaara bununla belə xarici faktorların bu məsələyə təsirindən narahatlığını vurğuladı.
Söhbət zamanı, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunuldu.
Görüşdə iki ölkə arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olundu.
Azərbaycanın dövlət başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etdi.
Dəvət minnətdarlıqla qəbul olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.
Bu barədə "Sizinxeber.az"un Antalyaya ezam olunmuş müxbiri xəbər verir.
Oxşar xəbərlər
Prezident: Azərbaycan Suriyada sabitliyin möhkəmləndirilməsi üçün bərpa prosesində iştiraka hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti Suriya lideri Əhməd Əl Şaraa ilə görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini Azərbaycana səfərə dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Antalyada Ersin Tatarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Antalyada Ersin Tatarla görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi














