Türkiyə Prezidenti: Avropanın təhlükəsizliyində rol oynamağa hazırıq
Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa hazırdır.
“Sizinxeber.az”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışında danışıb.
O qeyd edib ki, Avropa İttifaqına üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır:
“Türkiyə tam üzv kimi İttifaqdakı yerinə tezliklə sahib olmalıdır. Biz bu istiqamətdə fəaliyyət göstərməyə hazırıq. Avropa İttifaqından lazımi addımların atılmasını gözləyirik”.
Türkiyə Prezidenti ölkəsinin ABŞ ilə ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasına böyük önəm verdiyini diqqətə çatdırıb.
Ərdoğan Rusiya ilə münasibətlərə də diqqət çəkərək ikitərəfli ticari əməkdaşlığını davam etdirəcəklərini vurğulayıb:
“Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasının tərəfdarıyıq və bu məsələyə dəstək verməyə hazırıq”.
Oxşar xəbərlər
Türkiyə Prezidenti: Avropa İttifaqına üzvlük Ankaranın strateji hədəfidir
Ərdoğan: Türkiyə Aİ-dən üzvlüklə bağlı müzakirələri canlandırmasını gözləyir
Ərdoğan: Türkiyə yerləşdiyi coğrafiyanın təkcə sakini yox, həm də sahibidir
Ərdoğan: İslamofobiya dünyada vəba kimi sürətlə yayılır
Türkiyə lideri: Suriyanın yenidən qeyri-sabitliyə yönəlməsinə imkan verməyəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
