Fatih Birol: Ümid edirəm ki, Azərbaycandan Avropaya qaz ixracı artacaq
Biz enerjidən silah kimi də istifadə olunduğunu görmüşük.
Sizinxeber.az-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib.
Fatih Birol deyib ki, son illər baş verənlər fonunda hər kəs bir daha gördü ki, Azərbaycan etibarlı və etimad doğuran bir tərəfdaşdır: “Mən ümid edirəm ki, Azərbaycandan Avropaya qaz ixracı artacaq. Azərbaycanın yaşıl gündəliyi, Qara dənizin dibi ilə çəkiləcək kabel də çox əhəmiyyətli olacaq”.
Oxşar xəbərlər
Fatih Birol: Hər kəs bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu gördü
Fatih Birol: Azərbaycan qazının Avropaya ixracı artacaq
BEA-nın icraçı direktoru: Qlobal Bakı Forumu ölkələrin bir araya gəlməsi üçün yaxşı platformadır
BMT-nin Cenevrədəki ofisinin baş direktoru: Biz daha inklüziv dünya qura bilərik
Fatih Birol: 2030-cu ilə qədər qlobal enerji tutumu 2,7 dəfə artacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













