Lavrov: ABŞ-nin keçmiş administrasiyası "3+3” formatına paxıllıq edirdi
“3+3” əməkdaşlıq təşəbbüsü Azərbaycan və Türkiyə prezidentləri tərəfindən birlikdə irəli sürülüb və bu, Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəstəklənib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında “Hökumət saatı”nda deputatların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, “3+3” formatında 2021-ci ildən bəri üç dəfə görüş keçirilib: “Bunlardan ikisi nazirlər səviyyəsində keçirilib. Sonuncusu ötən ilin oktyabrında Türkiyədə baş tutub. Ən əvvəldən hamı razılaşıb ki, bizim format məhz “3+3”dür. Biz Gürcüstanın mövqeyində şübhəni və nüansları anlayırıq. Lakin gürcü nümayəndələr üçün “kreslo” hər zaman bu formatda iclasın keçirildiyi zalda olacaq. Bu, sonuncu nazirlər səviyyəsində görüşdə də təsdiq olunub və orada qərar qəbul olunub ki, bu məşvərətçi platformadan strukturlaşdırılmış təşkilat yaradılsın”.
Lavrov Gürcüstandakı bugünkü hakimiyyətin milli maraqlar baxımından hərəkət etdiyini vurğulayıb: “O ki qaldı “3+3” formatının bütün iştirakçıların maraqlarına xidmət etməsinə, buna heç kəsin şübhəsi yoxdur. Onu deyim ki, bu, ABŞ-nin keçmiş administrasiyasında şübhə deyil, paxıllıq doğurmuşdu. Hansı ki, onlar “3+3” formatına əvəz kimi “3+1” formatını irəli sürmüşdülər. Üç Cənubi Qafqaz respublikası və əlbəttə ki, Baydenin adamları... O ki qaldı “3+3”ün parlament formatına, bu, çox faydalı olardı. Əgər siz belə bir təşəbbüslə çıxış etsəniz, biz Xarici İşlər Nazirliyinin xətti ilə buna dəstək verərik”.
Oxşar xəbərlər
Lavrov əmək miqrantlarına viza rejiminin tətbiqinə qarşı çıxıb
Lavrov: Rusiya “3+3” regional əməkdaşlıq platformasını olduqca perspektivli hesab edir
Lavrov Zelenskinin Qələbə Planını şizofreniya adlandırıb
Lavrov: ABŞ “Türk axını”nı sıradan çıxarmaq istəyir
Rusiya XİN başçısı Zelenskinin “Qələbə Planı”ndan danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Azərbaycan Premyer Liqası: "Sabah" və "Qarabağ" cari mövsümdə sonuncu oyunlarını keçirəcəklər
