Azərbaycan səfiri etimadnaməsinin surətini İndoneziyanın Dövlət Protokolu rəhbərinə təqdim edib
sizinxeber.az xəbər saytı

Azərbaycan səfiri etimadnaməsinin surətini İndoneziyanın Dövlət Protokolu rəhbərinə təqdim edib


Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev etimadnaməsinin surətini bu ölkənin Protokol və Konsulluq Məsələləri üzrə Baş direktor – Dövlət Protokolu rəhbəri Endi Raçmiantoya təqdim edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə indoneziyalı diplomat sosial şəbəkədə yazıb.

“Azərbaycanın İndoneziya Respublikasındakı yeni səfiri Zati-aliləri Ramil Əbil oğlu Rzayevin etimadnamənin surətini təqdim etmək üçün nəzakət ziyarətini qəbul etdim. Xoş gəlmisiniz, cənab Səfir!”, – o qeyd edib.

Xatırladaq ki, ötən ilin dekabrında Ramil Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

Oxşar xəbərlər

Böyük Britaniyanın yeni səfiri etimadnaməsinin surətini İran XİN rəhbərinə təqdim edib
Ermənistanın yeni səfiri etimadnaməsinin surətini Rusiya XİN-ə təqdim edib
Azərbaycan İndoneziyaya yeni səfir təyin edib
Azərbaycanın Niderlanda yeni təyin olunmuş səfiri macarıstanlı həmkarı ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər