Bakıda Azərbaycan və Sloveniyanın xarici işlər nazirləri müavinlərinin görüşü olacaq
sizinxeber.az xəbər saytı

Bakıda Azərbaycan və Sloveniyanın xarici işlər nazirləri müavinlərinin görüşü olacaq


Sloveniyanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi üzrə Dövlət Katibi (nazir müavini statusunda – red.) Marko Ştuçinin Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşü olacaq.

Bu barədə məlumatı “Sizinxeber.az”un Ankara bürosuna hazırda Bakıya səfər edən Sloveniyanın Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Qorazd Rençel verib.

Səfir deyib ki, görüşlə əlaqədar Marko Ştuçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Səfirin sözlərinə görə, 9-11 fevral tarixlərini əhatə edən səfər proqramı çərçivəsində Marko Ştuçin Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşərək ikitərəfli siyasi məsləhətləşmələr aparacaq, iqtisadi əlaqələrin dərinləşdirilməsini və regional məsələləri müzakirə edəcəklər.

Oxşar xəbərlər

Azərbaycan XİN başçısının müavini Sloveniyada Avropa ölkələrinin enerji təhlükəsizliyinə verilən töhfədən danışıb
Belçikanın yeni səfiri Azərbaycan XİN başçısının müavini ilə görüşüb
Azərbaycan XİN başçısının müavini Somalidə səfərdədir
XİN rəhbərinin müavini Sloveniyaya gedib
Belçikanın yeni səfiri XİN rəhbərinin müavini Fariz Rzayevlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər