XİN rəhbərinin müavini Sloveniyaya gedib
31 avqust-3 sentyabr 2024-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniyada keçirilən Bled Strateji Forumunda iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdə olub.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
bildirilib ki, forum çərçivəsində qlobal iqtisadiyyat mövzusuna həsr olunmuş paneldə çıxış edən F.Rzayev dövlətimizin həyata keçirdiyi irimiqyaslı enerji layihələri, Avropa ölkələrinin enerji təhlükəsizliyinə verdiyi töhfə barədə məlumat verib, beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması və fəaliyyəti sahəsində oynadığı vacib rol barədə danışıb.
Azərbaycanın bu fəaliyyətinin Cənubi Qafqaz regionunun təhlükəsiz, firavan və inkişaf etmiş bir məkana çevrilməsi baxımdan xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Səfər çərçivəsində, həmçinin Sloveniyanın Xarici İşlər Nazirliyində dövlət katibi Marko Ştuçin ilə keçirilmiş görüşdə Azərbaycan və Sloveniya arasında ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər, o cümlədən iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadiyyat və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirlməsi məsələləri müzakirə olunub. Bu xüsusda, əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.
F.Rzayev post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə qarşı tərəfi məlumatlandırıb.
Oxşar xəbərlər
Azərbaycan XİN başçısının müavini Sloveniyada Avropa ölkələrinin enerji təhlükəsizliyinə verilən töhfədən danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
