Yeni təyin olunmuş səfir Niderlanddakı Azərbaycan icmasının üzvləri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Yeni təyin olunmuş səfir Niderlanddakı Azərbaycan icmasının üzvləri ilə görüşüb


Azərbaycanın Haaqadakı səfiri Məmməd Əhmədzadə Niderlanddakı Azərbaycan icmasının üzvləri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib.

“Niderlanddakı Azərbaycan icmasının üzvləri ilə ilk görüşümdən çox məmnun oldum. Həmvətənlərimizin hər birinə iştiraka və maraqlı müzakirələrə görə dərin təşəkkürümü bildirir, görüşlərimizin davamlı olacağına ümid edirəm. Biz birlikdə güclüyük!”, – diplomatik missiyanın başçısı qeyd edib.

Xatırladaq ki, yanvarın 29-da Azərbaycanın Haaqadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderlandın kralı Villem-Aleksanderə təqdim etmişdi.

Ötən il dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev diplomatı sözügedən ölkədə səfir təyin etmişdi.

Oxşar xəbərlər

Azərbaycanın Niderlanda yeni təyin olunmuş səfiri macarıstanlı həmkarı ilə görüşüb
Azərbaycanın Almaniyadakı səfiri türkiyəli həmkarı ilə görüşüb
Azərbaycan səfiri Niderland kralına etimadnaməsini təqdim edib
Azərbaycanın Meksikadakı səfiri qazaxıstanlı həmkarı ilə görüşüb
Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər